"Sumqayıt" "İnter"ə satdığı futbolçunu geri qaytarır?
"Sumqayıt" daha bir sabiq futbolçunu geri qaytara bilər.

Söhbət Mirzağa Hüseynpurdan gedir.

Hazırda normal futbolçu tapa bilməyən sumqayıtlıların Mirzağa ilə danışıqlar apardığı deyilir. Danışıqlar müsbət yekunlaşsa, klubsuz futbolçu "Sumqayıt"la müqavilə bağlayacaq.

Qeyd edək ki, "Sumqayıt" Mirzağanı "İnter"ə satmışdı. Lakin "bankirlər"in heyətində möhkəmlənə bilməyən yarımmüdafiəçi "Simurq"a icarəyə verilmişdi.

Xəbər 694 dəfə oxundu.