Fonini Nadalı 5 setdə məğlub edən ilk tennisçi oldu
US Open turnirində sabiq 1-ci raketka Rafael Nadalı 3:6, 4:6, 6:4, 6:3, 6:4 məğlub edən italyan Fabio Fonini bu il 3-cü dəfə ona qalib gəlib.

Bundan başqa o , "Böyük dəbilqə" seriyalı turnirdə Nadalla qarşılaşmada 0:2 hesabı ilə geridə olaraq qalib gələn ilk tennisçi olub.Ümumiyyətlə , bu vaxta qədər Nadal 2:0 hesabı ilə öndə olarkən yalnız 1 dəfə məğlub olmuşdu.

Əlavə edək ki, mövsümdə Nadalı 3 dəfə məğlub edən tennisçilər arasında Fonini 3-cü olub. Bu vaxta qədər yalnız Rodjer Federer (2007) və Novak Cokoviç (2009, 2011, 2013) bacarmışdı.

Xəbər 673 dəfə oxundu.