Hakimlərimiz idarə etdi, Malta futbolçuları cəzalandı
Avropa çempionatının seçmə mərhələsində keçirilən Çeхiya - Malta matçında azərbaycanlı hakimlər ədaləti qoruyub.

Rəhim Həsənovun başçılıq etdiyi oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Həsənov Maltadan Yohan Bezzina və Llivelin Kremonanı sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, Rəhim Həsənova Namiq Hüseynovla Vaqif Musayev yardımçı olub. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.

Xəbər 691 dəfə oxundu.