Yaşar Vahabzadə: Rəqibin imkan verdiyi qədər oynaya bildik
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Avstriya oyunundan sonra millimizin baş məşqçisi Yaşar Vahabzadə fikirlərini açıqlayıb. O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

"Avstriya yığmasının oyunlarının videoyazısına baxmışdıq. Bilirdik ki, rəqibimiz sürətli və aqressiv oyuna üstünlük verir. Futbolçularımıza buna uyğun tapşırıqlar vermişdik. Təəssüf ki, bu gün rəqibin imkan verdiyi qədər oynaya bildik. Bu cür vacib oyunlarda heç bir futbolçu özünəinam hissindən məhrum olmamalıdır. Qarşıda daha bir çətin oyunumuz var. Emosiyaları arxa plana keçirib səhvlərimizi təhlil etməli, həmin qarşılaşmaya hazırlaşmalıyıq”.

Xəbər 671 dəfə oxundu.