Yeni transferlər "Qəbələ"nin düşərgəsinə qoşuldu
Ukraynada təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıqlarını davam etdirir.

Sentyabrın 1-dən Odessada hazırlaşan “qırmızı-qaralar” gündə 1 dəfə məşq edir. Komanda fiziki hazırlıqla başlayan məşqləri toplu çalışmalarla başa vurur.

Roman Qriqorçukun yetirmələri hazırlıqları milli komandaların üzvləri olmadan keçir. "Qırmızı-qaralar"ın son transferlərindən Vaqif Cavadovla Fakundo Pereyra da məşqlərdə iştirak edir. Bundan başqa “Qəbələ”nin əvəzedici heyətinin üzvü Sahil Mrizəyev də əsas komandanın düşərgəsində hazırlıq keçir.

Xatırladaq ki, 6 günlük təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” sentyabrın 6-da Odessanın “Çernomorets” klubu ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Xəbər 841 dəfə oxundu.