Baş məşqçi Balotellidən razı qalmadı
AÇ-2016-nın seçmə mərhələ oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranıb.

Bu qısa zaman çərçivəsində “Milan” komandası “Montovo” ilə yoxlama oyunu keçirib.

Bu görüşdə “rossonerilər” rəqibini çətinliklə üstələyib – 3:2.

Baş məşqçi Sinişa Mixayloviç də komandasının oyunundan razı qalmayıb. Təcrübəli mütəxəssis “Milan”ın düşərgəsinə yenidən qoşulan Mario Balotellinin də oyununa qiymət verib:

“Biz C seriyasının komandasına qarşı oynadıq. Açığı, 3:2 hesabı ilə qalib gəlsək də, oyundan razı qalmadım. “Milan” özünə bənzəmədi. Yəni komanda zəif təsir bağışladı. Balotelli hələ formada deyil. Ona görə də onun özünə gələməsi üçün vaxt lazımdır”.

Xəbər 797 dəfə oxundu.