“Qarabağ” komandası UEFA-ya iştirak ərizəsini təqdim edib
Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini bu quruma təqdim edib.

Komandanın yeni transferləri Samuel Armenteros və Migel Markos Maderanın adları da siyahıya daxil olunub.

İştirak ərizəsində qapıçılar Fərhad Vəliyev, İbrahim Şehiç, Halit Oğuzhan, müdafiəçilər Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Azər Salahlı, Ansi Aqolli, Elvin Yunuszadə, Bədavi Hüseynov, yarımmüdafiəçilər Vüqar Mustafayev, Migel Markos Madera, Dani Kintana, Elvin Məmmədov, İlqar Qurbanov, Riçard Almeyda, Əfran İsmayılov, Eltun Turabov, Alharbi El Jadeyaoui, Çumbinyo, Cavid Tağıyev, Coşqun Diniyev, hücumçular isə Reynaldo, Samuel Armenteros, Raydell Pupon yer alıblar.

Xəbər 700 dəfə oxundu.