Dünya Çempionatında 2-ci tur başa çatıb
Xantı-Mansiyskdə keçirilən 20 yaşadək gənclər arasında şahmat üzrə Dünya Çempionatında 2-ci turun oyunları başa çatıb.

Azərbaycanı bu çempionatda Nicat Məmmədov,Ülvi Bacarani,Misrətdin İsgəndərov,Günay Məmmədzadə,Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova və Aytən Əmrayeva təmsil edirlər.

Oğlanların çempionatında 2-ci turda Nicat Abasov Qazağıstan şahmatçısı Janat Sayınla sülh bağlayıb.Misrətdin İsgəndərov Fransa təmsilçisi Rafael Dyutrel,Ülvi Bacarani isə Serbiyalı Miloje Ratkoviç üzərində qələbə qazanıb.

Qızların yarışında Səbinə İbrahimova Viyetnam təmsilçisi Nguyen Thi Thuy Trieni məğlub edib.Ülviyyə Fətəliyeva Rumuniyalı Ioana Geliplə xalları yarı bölüb.Günay Məmmədzadə və Aytən Əmrayeva isə bu turda məğlubiyyətlə üzləşib.

2 turdan sonra Nicat Abasov və Bacarani 1.5 xal,Misrətdin İsgəndərov, Günay Məmmədzadə ,Səbinə İbrahimova 1 xal,Ülviyyə Fətəliyeva isə 0.5 xal toplayıb.

Xəbər 666 dəfə oxundu.