“Qəbələ” yenə uduzdu
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” 5-ci hazırlıq gününü 2 məşqlə arxada qoyub. İdman.com.az saytının məlumatına görə, zədədən sonra bərpa keçirən millimizin müdafiəçisi Vurğun Hüseynovdan başqa bütün futbolçular iştirak ediblər.

Bu gün “Qəbələ” də Antalyada həm də 2-ci yoxlama oyununa çıxıb. Ukrayna Premyer Liqasının təmsilçisi “Krivbass”la görüş komandamız üçün uğursuz alınıb. Belə ki, 70-ci dəqiqdə məğlub duruma düşən Fateh Kavlakın komandası 5 dəqiqə sonra hesabı bərabərləşdirsələr də, rəqib yenidən qələbə topunu vurmağa müvəffəq olub – 2:1.
Qeyd edək ki, “qara-qırmızılar” ilk yoxlama matçında Qazaxıstanın “Atırau” klubuna 1:2 hesabı ilə uduzub.

Xəbər 944 dəfə oxundu.