Qarabağın rəqibi Avroliqa üçün iştirak ərizəsini açıqladı
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi – Fransanın “Monako” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib. Knyazlıq təmsilçisi cəmi 18 futbolçu sifariş edib.

Onlardan ikisi qapıçı, yeddisi müdafiəçi, səkkizi yarımmüdafiəçi, dördü isə hücumçudur.

Qapıçılar: 1. Daniel Subaşiç, 16. Pol Nardi;

Müdafiəçilər: 2. Fabinyo, 4. Fabio Koentrao, 6. Rikardo Karvalyo, 13. Uollas, 21. Elderson, 24. Andrea Racci, 38. Almami Ture;

Yarımmüdafiəçilər: 7. Nabil Dirar, 8. Joao Moutinyo, 10. Bernardo Silva, 14. Temuz Bakayoko, 20. Mario Paşaliç, 23. Adama Traore, 27. Tomas Lemar, 28. Jeremi Tulalan;

Hücumçular: 11. Quido Karrilyo, 17. İvan Kavaleyro, 9. Lasin Traore, 22. Stefan Əl-Şaravi.

Qeyd edək ki, “Monako” və “Qarabağ”la yanaşı, “J” qrupunda İngiltərənin “Tottenhem” və Belçikanın “Anderlext” komandaları da yer alır.

Xəbər 702 dəfə oxundu.