“Xəzər Lənkəran”da seminar
Bu gün "Xəzər Lənkəran" Mərkəzi Stadionunda aşağı yaş qruplarının qapıçılarının iştirakı ilə interaktiv seminar keçirilib. Seminara "Xəzər Lənkəran"ın əsas komandasının qapıçılar üzrə məşqçisi Vidadi Hüseynov rəhbərlik edib.

Hər yaş qrupunun qapıçılarına müvafiq məsləhətlərini verən Hüseynov əsas və əvəzedici heyətdə çıxış edən klubun yetirmələri olan qapıçılara dair nümunələr gətirib, yeniyetmələrin suallarını cavablandırıb.

Xəbər 679 dəfə oxundu.