Tiflisə 23 cüdoçu ilə
Yanvarın 28-də Tiflisdə cüdoçular arasında dünya kuboku start götürəcək. İdman.com.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandası 23 cüdoçu ilə təmsil olunacaq. Məşqçilər korpusu Gürcüstanda paytaxtında əsasən «ehtiyat qüvvə» ilə yollanacaq. 2 gün davam edəcək mübarizədə tatami üzərin bu idmançılar çıxacaqlar:

Bunlar Vüqar Şirinli, Orxan Səfərov, Əli Rzayev, Rasim Əsədullayev (hamısı - 60 kq), Nicat Şixalizadə, Mahir Cəfərli, Samir Xankişiyev (66 kq), Elvin Əhmədli, Rüstəm Orucov, Fuad Həbibzadə, Ramil Qasımov (73 kq), Elxan Rəcəbli, Murad Rəcəbli, Məhəmmədəli Məmmədli, Rüstəm Alimli (81 kq), Şahin Qəhrəmanov, Kənan Nağıyev (90 kq), Elmar Qasımov, Əlixan Həsənov, Zaur Abdullayev, Nizami Məmmədov (100 kq), Emil Tahirov və Abdulla Rəsulov (+100 kq).

Xəbər 1259 dəfə oxundu.