“Messi ömrünün sonuna qədər “Barselona”da qalacaq”
“Barselona” Messini sata bilərmi? Xeyr! O, ömrünün sonuna qədər “Barselona”da qalacaq”. Bu sözləri “Barselona”nın idman direktoru Robert Fernandes deyib.

İspaniya mətbuatında Lionel Messinin karyerasının sonuna qədər Kataloniya klubunda qalmayacağı haqda məlumatlar yayılıb.

Bunu təkzib edən Fernandes argentinalı futbolçuya “tərif yağdırıb”. O bildirib ki, Messi daha bir neçə il yüksək səviyyədə futbol oynaya biləcək: “Təbii ki, yaş artdıqca insanlar bəzi üstün cəhətlərini itirirlər. Ancaq Messi həddindən artıq ağıllı futbolçudu. O, həmişə öz oyununu göstərə bilər. Messi kimi oyunçu tapmaq qeyri-mümkündü. Onun əldə etdiklərinə bu vaxta kimi heç kim nail olmayıb”.

Xəbər 711 dəfə oxundu.