Robben Türkiyəyə qarşı oynayacaqmı?
"Avro-2016"nın seçmə mərhələsində Türkiyə ilə qarşılaşacaq Hollandiya millisi ciddi itki ilə üzləşib.

Komandanın yarımmüdafiəçisi Aryen Robben zədələnərək sıradan çıxıb.

İslandiya ilə görüşün ilk hissəsində zədələnən Robben 31-ci dəqiqədə əvəzlənib. 31 yaşlı futbolçu Türkiyə ilə matçda oynamayacağını bildirib: "Zədəmin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil. Ancaq Türkiyə ilə matçda 100 faiz oynamayacam".

Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Türkiyə - Hollandiya oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 671 dəfə oxundu.