Daha bir azərbaycanlı futbolçu Türkiyə klubunda ÖZƏL
Daha bir azərbaycanlı futbolçu Türkiyə klubuna keçir.

"Neftçala"nın gənc futbolçusu Elgün Abbaslı Türkiyə III Liqasında çıxış edən "Bartınspor"a transfer olur. Belə ki, artıq tərəflər arasında ilkin razılıq əldə olunub, 23 yaşlı futbolçu bu gün Türkiyəyə yollanaraq rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Elgün Türkiyədə təlim-məşq toplanışında "Bartınspor"la yoxlama matçında rəqib komandanın məşqçilər heyətinin diqqətini çəkib.

Xatırladaq ki, daha bir həmyerlimiz Elnar Kərimov da bu komandada çıxış edir.

Xəbər 689 dəfə oxundu.