Luka Modriç: Gücümüzü Norveçlə oyuna saxlamamışdıq
Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. O, bunları söyləyib:

"Biz gücümüzü Norveçlə oyuna saxlamaq barədə düşünmürdük. Azərbaycanla oyun da bizim üçün çox vacib idi. Bakıda qələbə qazanmaq istəyirdik ki, Norveçlə oyuna daha yaxşı ab-hava ilə yollanaq. Azərbaycana qarşı bacardığımız kimi oynadıq. Rəqib də yaxşı oynadı. Xüsusilə də müdafiədə. Rəqibin heyətində kimisə xüsusi fərqləndirmək istəməzdim. Çünki Azərbaycan yığması kollektiv oyuna üstünlük verirdi. Robert Prosineçki çox yaxşı mütəxəssisdir. O, öz komandasına keyfiyyət gətirib. O, təcrübəsi ilə Azərbaycan yığmasına hələ çox fayda verəcək".

Xəbər 707 dəfə oxundu.