"Fənərbağça"nın futbolçusu zəhərləndi
"Fənərbağça" ciddi itki ilə üzləşib. "Sarı-lacivərt"lilərin braziliyalı üzvü Fernandao sıradan çıxıb. 28 yaşlı hücumçu zəhərlənib. Təcrübəli futbolçuya qida zəhərlənməsi diaqnozu qoyulub.

Artıq müalicəsinə də başlanılıb. Fernandao məlum səbəbdən komandasının son məşqində iştirak edə bilməyib.

Xəbər 626 dəfə oxundu.