Həmyerlimiz “Spartak”ı tərk edəcək
Azərbaycan milli komandasına namizəd olan futbolçu Emin Mahmudovun 1 ildir şərəfini qoruduğu Moskva “Spartak”ındakı taleyinə aydınlıq gəlib. İdman.com.az saytının məlumatına görə, Rusiyanın ən titullu klubu 19 yaşlı yarımmüdafiəçi ilə qış fasiləsində yollarını ayırmamağa qərar verib. Halbuki “Spartak” heyətinə düşə bilməyən həmyerlimizi cari mövsümün sonuna kimi icarəyə verməyi planlaşdırırdı.

Ancaq moskvalılar Eminin sabah yollanacağı İspaniyada təlim-məşq toplanışına qatılacağını açıqlayıb. Hazırda Rusiyanın 21 yaşlılardan ibarət yığmasının heyətində “Birlik kuboku”nda iştirak edən Mahmudov “Spartak”a yanvarın 30-da qoşulmalıdır.
Qeyd edək ki, AFFA-nın rəsmən millimizə dəvət etdiyi Emin hələ ki qərarını verməyib.

Xəbər 916 dəfə oxundu.