"Xəzər Lənkəran" istirahət edir
Millinin oyunları ilə əlaqədar olaraq Premyer Liqada yaranan fasilədə doğma şəhərdə hazırlaşan "Xəzər Lənkəran” istirahət edir. Əvəzedici heyətlə sentyabrın 2-də keçirilən yoxlama oyunundan sonra sərbəst buraxılan komanda sentyabrın 5-də yenidən bir araya gələcək. Cənub klubu sentyabrın 10-a qədər hazırlıqlarını Lənkərandakı bazasında davam etdirəcək.

Xatırladaq ki, "Xəzər Lənkəran” Premyer Liqanın IV turu çərçivəsində sentyabrın 12-də səfərdə "Qarabağ”la səfərdə qarşılaşacaq.

Xəbər 617 dəfə oxundu.