İsrafilovsuz Eybar məğlub oldu
İspaniyanın "Eybar" klubu yoxlama oyunu keçirib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Sportinq" (Xixon) klubu ilə qarşılaşıb.

Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. İsrafilov hazırda Azərbaycan yığmasının düşərgəsində olduğundan, bu görüşün iştirakçısı olmayıb.

Xəbər 644 dəfə oxundu.