Millinin oyunu canlı yayımlanacaq
Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avro-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Avstriyanı qəbul edəcək. "Dalğa Arena”da keçiriləcək görüş CBC Sport CBC kanalı vasitəsi ilə canlı yayımlayacaq.

Saat 19:00-da başlayacaq qarşılaşma Ailə TV, Connect TV və KATV1 kabel televiziyalarında da tamaşaçılara təqdim ediləcək.

Xəbər 750 dəfə oxundu.