“Zenit”in baş məşqçisi Andre Villaş-Boaşa ağır cəza
Rusiya Futbol İttifaqının İntizam Komitəsi “Zenit”in baş məşqçisi Andre Villaş-Boaşa ağır cəza tədbiq edib.

Buna portuqaliyalı mütəxəssisin “Krılya Sovetov”la Premyer Liqa matçında texniki zonanı tərk edərək yan xətt hakimini itələməsi səbəb olub.

Qərara əsasən, Boaşa altı oyunluq cəza tədbiq edilib.

Xəbər 666 dəfə oxundu.