Vidal millidən qovuldu
Çili yığmasının futbolçusu Arturo Vidal Paraqvayla yoldaşlıq görüşündən əvvəl millinin düşərgəsini tərk edib.

Rəsmi məlumata görə buna şəxsi problemlər səbəb olub.

Lakin Çilinin El Mercurio qəzetinin yazdığına görə yarımmüdafiəçi kazinoya getdiyinə görə baş məşqçi Xorxe Sampaoli onu komandadan kənarlaşdırıb.

Xatırladaq ki, Amerika kuboku zamanı avtomobil qəzasına uğrayarkən də o , kazinodan qayıdırdı.

Dünən artıq futbolçu Münxenə qayıdıb. Bunu aşağıdakı şəkil də təsdiq edir.

Xəbər 612 dəfə oxundu.