Əfran İsmayılov: Maltadan 3 xalla dönəcəyimizə inanıram
Komanda əlindən gələni etdi. Bir xal da pis nəticə deyil. Bu sözlər milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılova aiddir. İsmayılov Avro 2016 –nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Xorvatiya komandaları arasında baş tutan matçdan sonra jurnalistlərə açıqlama verib. O, Xorvatiya ilə baş tutan oyunla yanaşı, bir neçə gün sonra səfərdə Malta millisi ilə qarşılaşacaqları oyun barədə də danışıb:

"Komandamız əlindən gələni etdi. 1 xalı da qənaətbəxş saymaq olar. Düşünürəm ki, pis oyun nümayiş etdirmədik.”

Malta ilə baş tutacaq səfər oyunu barədə suala İsmayılov belə cavab verib: "Oyuna az meddət qalıb. Amma bizim hazırlaşmağa vaxtımız var. Hazırlaşacağıq. Maltadan 3 xalla dönəcəyimizə inanıram.”

Xəbər 625 dəfə oxundu.