"Vacib işin öhdəsindən gəlməyi bacardıq" - Vüqar Nadirov
Oyun çox çətin oldu. Adlı – sanlı rəqibə qarşı yaxşı mübarizə apardıq.
Bu sözlər futbol üzrə milli komandamızın üzvü Vüqar Nadirova məxsusdur.
Avro 2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Xorvatiya matçından sonra danışan Nadirov oyunu belə dəyərləndirib: "Bizm üçün həqiqətən çətin oldu. Amma biz vacib işin öhdəsindən gəlməyi bacardıq. Xalqımızı 1 xala görə təbrik edirəm.”

Vüqar qarşılaşmanın son dəqiqələrində hücuma keçməməyindən də danışıb: "Rəqibi əks hücumda tutmaq istəyirdim. Mənə verilən tapşırıq cərimə meydançasına az daxil olmaq idi.”

Vüqar həmçinin bir neçə gün sonra Malta milli komandası ilə səfərdə baş tutacaq qarşılaşma barədə də fikir bildirib: "Oyuna yaxşı hazırlaşacağıq. Qələbəyə ümid edirik. İnşallah yaxşı nəticə qazanacağıq. Xorvatiya ilə oyunda qazandığımız bir xal,bizi Malta ilə oyunda arxayınlaşdırmayacaq.

Xəbər 659 dəfə oxundu.