Sergey Yuran: Azərbaycanı postsovet məkanında 3-cüdür - MÜSAHİBƏ
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Sergey Yuran Rusiyanın “Sport-Ekspress” qəzetinə müsahibəsi verib. İdman.com.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə gənc mütəxəssis Azərbaycan futboluna da geniş yer ayırıb. Müsahibədən maraqlı məqamları diqqətinizə çatdırırıq:

- Tale “xoşbəxtlik quşu”nun axtarışında sizi uzağa gətirib çıxardı...
- Nə etmək olar, peşənin xüsusiyyətləri belədir. Ona görə də bunda qeyri-adi heç nə yoxdur. Baxın, Anri Mişel Ekvatorial Qvineyada çalışırdı və qəribə heç nə yoxdur. Hərçənd ora heç də yaxın məkan deyil.

- Ancaq fransalı mütəxəssis heç olmasa yığmada işləyirdi. Sizin işlədiyiniz isə sıradan klubdur, üstəlik, elə güclü çempionatdan deyil. Qorxmursunuz ki, kimsə sizə kinayə ilə baxaraq, “gör Yuran hara gəlib çıxıb” deyər?
- Bizim qardaş haqda adətən çox şey danışırlar. Hər imkan düşən kimi, daşı yalnız məşqçiyə atırlar. Buna görə də şayiələrə və belə boş söhbətlərə qulaq vermirəm. Əsas nəticədir. Bunu verirsən, sənə hörmət edirlər. Yoxdursa, nə edirsənsə et, futbol dünyasını heç nə ilə təəccübləndirməzsən.

- Yəqin ki, burada öz imkanlarını dəqiq qiymətləndirmək ən vacibdir. Mövsümlərdən hansı sizə belə imkanı verdi?
- 2008-ci il. Təəssüf ki, onda çempionatın qızğın vaxtında 11-ci yerdə gedən “Şinnik”dən getməyə məcbur oldum. Dərhal mənə getməyə məhkum olan “Ximki”ni qəbul etmək təklif olundu. Sonda qeyri-mümkünə – Premyer Liqada yeri qorumağa nail oldum. Bax, belə pik vəziyyətlər möhkəmliyi yoxlayır. Əslində nəyi bacardığını başa düşməyə imkan verir. “Şinnik” isə onda I liqaya düşdü. Təəssüf, yaxşı komanda idi.

- “Simurq” haqda bunu demək olar?
- Burada vəziyyət bir az başqadır. Klub 7 ildir yaranıb, ancaq Avroliqada oynamağa imkan tapıb. “Simurq”un sahibləri bu uğuru təkrarlamaq üçün alışıb-yanırlar. Azərbaycanda futbolu ilahiləşdirirlər. Zaqatalada hamı arzulayır ki, onların “Simurq” komandası getdikcə milli çempionatın lideri olacaq.

- Bugünkü gün üçün uğurlar hansıdır?
- Hələ ki bu, azdır. 12 komanda arasında 9-cu yer. Hərçənd mövsüm üçün məqsəd güclülər arasında yeri qorumaqdır. Mən risk edərək, ilk “altılığ”a düşmək vəzifəsini qarşıya qoydum. O, avrokuboklara vəsiqəni müəyyənləşdirir. Hələ qarşıda 4 oyunumuz var, şans var.

- Bəs siz “Simurq”da necə peyda oldunuz?
- Ötən ilin iyununda mənə gözlənilmədən klubun prezidenti zəng edərək, təklifini etdi. Komanda, şərait haqda danışdı, qısaca heyəti təqdim etdi. Hərçənd çempionatın əvvəlinə cəmi 2 həftə qalırdı, mən razılıq verdim. Hələ ki, müqavilə 1 illik nəzərdə tutulub.

- Həddən çox risk etmədiniz?
- Mən elə insanlardanam ki, məşqçinin işləməli olduğu sayır. Məndə isə fasilə həddən çox uzandı.

- Məncə, siz Azərbaycan klubuna rəhbərlik edən ilk rusiyalı mütəxəssissiniz...
- Görünür, belədir.

- Futboldan uzaq yerə getdiyinizə görə üzülmədiniz?
- Qətiyyən. Burada iş üçün şərait gözəldir - baza, meydança, stadion. Bizim futbol məktəbində də şərait pis deyil. Klubun sponsoru – Azərbaycan Beynəlxalq Bankı bizim heç nəyə ehtiyacımızın olmadığına nəzarət edir. Yeri gəlmişkən, o, Bakının “İnter” klubunu da saxlayır ki, hansını Kaxaber Sxadadze çalışdırır. Bax, onların vəzifəsi daha ciddidir – çempionatda qələbə və Çempionlar Liqasına vəsiqə.

- Azərbaycan çempionatında daha hansı komandalar zirvəyə can atır?
- "Neftçi”, Aleksandr Starkovun baş məşqçisi olduğu “Bakı”, “Qarabağ”.

- Bir vaxtlar “Qəbələ”yə rəhbərlik etməklə təəccübləndirən ingilis Toni Adamsa haqda daha heç nə eşidilmir.
- Təəssüf ki, artıq onunla yolları ayırıblar.

- İndiki “Simurq” nəyi təcəssüm edir?
- Bizdə yenə də beynəlmiləl komandadır ki, onun şərəfini Azərbaycan, Ukrayna, Gürcüstan, Rusiya, Latviya, Litvadan futbolçular qoruyurlar. Mənim vaxtımda vaxtilə “Spartak”da oynayan yarımmüdafiəçi Andrey Rubin və “Krılya Sovetov, “Zenit”, digər Rusiya klublarında oynamış hücumçu Robertas Poşkus gəldi. Yaxında qapıçı Dmitri Kramarenko ilə müqavilə imzaladıq. O da Rusiyada çıxışı ilə yaxşı tanınır. “Tom”un sabiq futbolçusu Vasili Yanotovski da bizdədir. İndi Türkiyədəki təlim-məşq toplanışında daha bir hücumçuya, dayaq yarımmüdafiəçisinə və mərkəz müdafiəçisinə baxacağıq.

- Futbolçular kasıblıqda deyillər?
- Məvaciblər elə də göydən gedən deyil, ancaq yetərincə layiqlidir və Rusiyanın I liqasının 2-ci beşliyinin səviyyəsinə uyğun gəlir. Ödənişlərlə bağlı yubanma olmur. Bir sözlə, yaşamaq olur.

- Azərbaycanı postsovet məkanının çempionatları arasında hansı yeri verərdiniz?
- Rusiya və Ukraynadan sonra 3-cü. Əminəm ki, “İnter”, “Neftçi”, “Qarabağ” Rusiya Premyer Liqasının ikinci onluğunda özlərini heç də pis hiss etməzdilər. Azərbaycanda futbola böyük pullar qoyulur. Bura böyük məmnuniyyətlə Braziliya, Argentina, digər çox sanballı yerlərdən legionerlərdən gəlir. Ən azı mənə tanış olan Qazaxıstan çempionatından yüksəkdir. Orada qələbə uğrunda yalnız bir neçə komanda mübarizə aparır. Bura ilə müqayisə olunmazdır.

- Avropa çempionatına getməyə hazırlaşırsınız?
- İstərdim. Ancaq hər şey işdən asılıdır.

- Bəlkə Polşaya artıq Rusiya klubunun məşqçisi kimi gedəcəksiniz?
- Mən realistəm. İndi mənim klubum “Simurq”dur. Onunla xarakterim uyğundur. Deməli, həm bugünkü, həm də sabahkı gün üçün vuruşacağıq. Əbəs yerə demirlər ki, günəş inadkar insanlara daim işıq saçır. Mən də belələrindənəm.

Xəbər 939 dəfə oxundu.