Berti Foqts Elxan Məmmədova mesaj göndərir
Berti Foqts Elxan Məmmədova mesaj göndərir AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimiz güclü rəqibi Xorvatiya yığması ilə qolsuz bərabərə qaldı. Qazanılan 1 xaldan sonra AFFA-nın baş katibi Elxan Məmmədov media mənsublarının suallarını cavablandırıb.

Assoasiasiyanın baş katibi müsahibəsi zamanı maraqlı açıqlaması ilə yadda qalıb. Belə ki, o, hələ də millimizin sabiq üzvü Berti Foqtsdan mesaj aldığınıı bildirib. Onun sözlərinə görə alman mütəxəssis millimizin hər oyunundan sonra qarşılaşma ilə bağlı fikirlərini Məmmədova mesaj şəkilində göndərir. İş burasındadı ki, millimizi bərbad günə qoyan Foqts, Malta və Norveçə qarşı yığmamızın yaxşı oyun sərgilədiyini bildirib. Alman mütəxəssis qazanılan xal və xallara görə baş katibi təbrik edib.

Xəbər 780 dəfə oxundu.