"İlk hissədə həyəcan var idi" – Rahid Əmirquliyev
"Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Çətin oyun oldu. Əlimizdən gələni etdik ki, yaxşı matç alınsın və öz oyunumuzu göstərə bilək".

Bu sözləri milli komandamızın futbolçusu Rahid Əmirquliyev "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra deyib.

R.Əmirquliyev komandasının bu görüşdə qələbə qazanmaq üçün əlindən gələni etdiyini bildirib: "İlk hissədə komandada həyəcan var idi. Fasilədə baş məşqçi öz məsləhətlərini verdi və bizə sakit oynamağı tapşırdı. Biz də bacardığımız qədər məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Hətta qələbə qazanmaq üçün də əlimizdən gələni etdik. Çalışacağıq ki, Malta ilə oyundan qalib ayrılaq. Çünki komandamızda artıq özünəinam var".

Qeyd edək ki, Xorvatiya ilə oyundan 0:0 bərabərliklə ayrılan millimiz sentyabrın 6-da səfərdə Maltanın qonağı olacaq.

Xəbər 668 dəfə oxundu.