Yığmamız İtaliyanı qrup lideri etdi
AÇ-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azərbaycan yığmasının doğma meydanda Xorvatiya ilə görüşdüyü gündə H qrupunun digər kollektivləri də meydana çıxıblar.

Belə ki, lider Xorvatiyanın əsas izləyicisi İtaliya doğma meydanda autsayder Malta ilə üz-üzə gəlib. Xorvatların Bakıdakı xal itkisindən (0:0) maksimum yararlanan İtaliya maltalıları minimal hesabla məğlub edərək, qrup liderliyini ələ keçiriblər.

Bolqarıstan isə Norveçlə münasibətlərinə aydınlıq gətirib. Matç qonaq komandanın qələbəsi ilə başa çatıb.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
3 sentyabr

23:45. Bolqarıstan - Norveç - 0:1
Qol: Veqard Forren, 57.
Sofiya. "Vasil Levski" stadionu. Baş hakim - Bas Neyheys (Hollandiya).

23:45. İtaliya - Malta - 1:0
Qol: Qratsiano Pelle, 69.
Florensiya. "Artemio Franki" stadionu. Baş hakim - İvan Krujlyak (Slovakiya).

Xəbər 618 dəfə oxundu.