“Qalatasaray”da istefa - Alman futbolçuya görə
Kevin Qrosskroytsla bağlı insidentə görə "Qalatasaray"da istefa baş verib.

"Cim-bom"un menecer köməkçisi Uğur Yıldız istefa verib. Yıdızın istefa verməsinə səbəb Qrosskroytsla bağlı məsələdə klubun uğursuzluqla üzləşməsidi. Alman futbolçunun transferində yaranan skandalda menecer köməkçisi məsuliyyət daşıyanlardan biri kimi göstərilib.

"Qalatasaray" rəhbərliyi "Borussiya"nın (Dormund) yarımmüdafiəçisinin transferini vaxtında qeydiyyatdan keçirə bilməyib. Türkiyə klubu Qrosskroytsla bağlı məlumatları futbolçuların transfer qeydiyyatı sisteminə - "Transfer System Matching" (TMS) şəbəkəsinə bazar ertəsi saat 23:55-də göndərib. Ancaq texniki səbəblərdən məlumat bu sistemdə gecə yarısı, transfer pəncərəsi bağlanandan sonra qeydə alınıb. 27 yaşlı dünya çempionu "Qalatasaray"ın heyətində yanvara qədər rəsmi oyunlarda iştirak edə bilməyəcək.

Xəbər 698 dəfə oxundu.