Modriç prokurorluğa çağırıldı
“Real”ın yarımmüdafiəçisi Luka Modriç və “Liverpul”un müdafiəçisi Deyan Lovren prokurorluğa çağırılıblar. Hər iki futbolçu Zaqreb “Dinamo”su ilə bağlı aparılan istintaqla bağlı sorğu-sual olunublar. Belə ki, “Dinamo”nun prezidenti Zdravko Mamiç 7,7 milyon avronu mənimsəməkdə ittiham olunur. Ehtimallara görə, Mamiç məhz Modriçin “Dinamo”dan “Tottenhem”ə keçidi zamanı 7,7 milyona sahib çıxıb.

Xəbər 737 dəfə oxundu.