“1/4 finalda mübarizə çox gərgin olacaq”
İtaliya milli komandasının baş məşqçisi Roberto Meniçelli futzal üzrə Avro-2012-nin final mərhələsi ərəfəsində UEFA-nın rəsmi saytına müsahibə verib. İdman.com.az-ın məlumatına görə, apenninli mütəxəssis düşdükləri qrupu nisbətən münasib sayır.

Meniçelli müqayisə üçün Azərbaycan yığmasının yer aldığı qrup haqda da fikirlərini açıqlamağı lazım bilib: “1/4 finalda qarşılaşacağımız rəqib “ölüm qrupu”ndan olacaq. Həmin qrupda Azərbaycan, Portuqaliya və Serbiya mübarizə aparır. Orada mübarizə çox gərgin olacaq”.

Xəbər 969 dəfə oxundu.