​Malta - Azərbaycan matçının hakimləri açıqlanıb
Malta və Azərbaycanın futbol üzrə milli komandaları arasında sentyabrın 6-da keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına bütün təyinatlar açıqlanıb. Oyun Avstriyadan olan hakimlərə həvalə olunub.

Qarşılaşmanın baş hakimi Harald Nexler olacaq. Ona Maksimilian Kolbitş, Andreas Staudinger yan xətt, Aleksander Harkam və Yuliyan Vaynberger əlavə köməkçi hakimlər qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Andreas Haydenrayx yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi portuqaliyalı Alvaro Albino, hakim-inspektor finlandiyalı Juni Hüütya olacaq. Hakimlər arasında əlaqələndirici isə maltalı referi Kann Trustin Farruqyadır.

Qeyd edək ki, Ta Qali şəhərindəki Milli Stadionda keçiriləcək Malta - Azərbaycan qarşılaşması Bakı vaxı ilə saat 21:00-da start götürəcək.

Xəbər 760 dəfə oxundu.