Azərbaycanda premyera
Möhtəşəm keçirilmiş iki Arena Polo World Cup Azerbaijan tədbirlərindən sonra World Polo GmbH dünyada bir ilk olan 1-ci FİP Arena Polo Avropa Çempionatını təqdim edir.

Polo’nun vətəni kimi tanınan Azərbaycan 2013-cü ildə Grass Arena Polo World Cup Azerbaijan yarışı ilə Polonu vətəninə qaytardı. Son iki il ərzində paytaxtımız Bakıda Reto Gaudenzinin ( Beynəlxalq Polo Federasiyasının Prezidenti) rəhbərliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyası və Elite Horse and Polo Club-un birgə təşkilatçılığı ilə World Polo iki möhtəşəm tədbir keçirmişdir. Keçmiş iki il ərzində əldə olunmuş nailiyyətin nəticəsi olaraq bu il tədbirimiz daha da böyük olacaq. Belə ki, 4-12 Sentyabır 2015-ci il tarixləri aralığında Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycan komandaları olmaq üzrə 6 komanda Birinci FİP Arena Polo Avropa Çempionatı Azərbaycan qalibi adı uğrunda yarışacaqlar. Tədbir Azərbaycan Respublikası Atçılıq Federasiyası, Elite Horse and Polo Club və World Polo’nun birgə təşkilatçılığı ilə keçiriləcək.

2014-cü ilin Dekabr ayında keçirilmiş olan Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında polonun tarixində ilk dəfə keçiriləcək FİP Arena Polo Avropa Çempionatının Azərbaycanda keçirilməsi qərarı verilmişdir.Sentyabırın ilk həftəsi komandalar bir-birinə qarşı qum örtüyü olan qapalı manejdə, ikinci həftəsi isə ot örtüyü olan açıq manejdə yarışacaqlar. Bu o deməkdir ki, tədbirimizdə 18 qarşılaşma olacaq. Hər komanda üç əsas və iki yedək oyunçudan ibarət olacaq. Tədbir üçün təşkilatçılar Alegria Polo Farm və Garros Polo Farm Argentina’dan gətirilmiş 72 Argentina polo atı təqdim edəcəklər. Keçən il keçirilmiş Grass Arena Polo World Cup Azerbaijan tədbirində möhtəşəm çıxışı ilə yadda qalan komandamız bu il böyük irəliləyiş əldə edərək tamaşaçılarımızı sevindirməyə çalışacaq!

Xəbər 902 dəfə oxundu.