Bakıda “Polo” üzrə Avropa çempionatı keçiriləcək
Son iki il ərzində paytaxtımız Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyası və “Elite Horse and Polo Club”-un birgə təşkilatçılığı ilə iki tədbir baş tutdu. Möhtəşəm keçirilmiş “Arena Polo World Cup Azerbaijan” tədbirlərindən sonra Beynəlxalq Polo Federasiyası dünyada bir ilk olan 1-ci FİP Arena Polo Avropa Çempionatının Azərbaycanda keçirilməsinə qərar verib. Keçmiş iki il ərzində əldə olunmuş nailiyyətin nəticəsi olaraq bu il daha böyük tədbirin keçirilməsi qərara alınıb. Belə ki, 4-12 Sentyabr 2015-ci il tarixləri aralığında Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycan komandaları olmaqla 6 kollektiv Birinci FİP Arena Polo Avropa Çempionatı Azərbaycan qalibi adı uğrunda mübarizə aparcaqlar. Tədbir Azərbaycan Respublikası Atçılıq Federasiyası, “Elite Horse and Polo Club” və “World Polo”-nun birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirin təqvimi belədir:



4 Sentyabr
16.30 Qapılar açılır
17.00 Azərbaycan - Almaniya
18.00 İspaniya - İtaliya
19.15 İsveçrə - İrlandiya

5 Sentyabr
16.30 Qapılar açılır
17.00 Azərbayca - İtaliya
18.00 İsveçrə - İspaniya
19.15 İrlandiya - Almaniya

6 Sentyabr
16.30 Qapılar açılır
17.00 İsveçrə - İtaliya
18.00 Almaniya - İspaniya
19.15 Azərbaycan - İrlandiya


10 Sentyabr
16.30 Qapılar açılır
17.00 Komanlaraın təqdimatı və açılış mərasimi
17.15 Azərbaycan – İsveçrə
18.00 İtaliya - Almaniya
19.15 İrlandiya - İspaniya

11 Sentyabr
16.30 Qapılar açılır
17.00 Almaniya – İsveçrə
18.00 Azərbaycan - İspaniya
19.15 İtaliya - İrlandiya

12 Sentyabr
17.00 Qapılar açılır
17.30 Azərbaycan Atlarının paradı.
18.30 5-ci yer uğrunda oyun
19.30 3-cü yer uğrunda oyun
20.30 Avropa Çempionatının finalı
21.30 Mükafatlandırma mərasimi
22.00 Elite Horse & Polo Club-da Polo Party

Biletləri əldə etmək üçün əlaqə nömrələri:
(+994 12) 565 31 51
(+994 77) 498 00 00
(+994 55) 920 99 51

Xəbər 850 dəfə oxundu.