“Beroe” klubunun baş məşqçisi: Səhvlər buraxdıq
“Neftçi” ilə yoxlama matçı bu il ilk oyunumuz idi. Ona görə çoxlu yeni futbolçulara şans verdik. Mənə onların istəkli oyunu vacib idi və gördüklərim məni yetərincə qane etdi”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu açıqlamanı Bolqarıstanın “Beroe” klubunun baş məşqçisi İlian İliyev deyib. Mövsümlərarası fasilədə hazırlığı Antalyada keçirən bolqarlar “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdi. İlk hissədə hesabı açan rəqib fasilədən sonra Rəşad Abdullayevin cərimə zərbəsindən buraxdığı topla qələbəni əldən verdi.

Oyunla bağlı fikirlərini açıqlayan İliyev öz səhvlərindən və çempionumuzun üstünlüyündən danışıb: “Əlbəttə, səhvlər buraxdıq və bunları gələcəkdə aradan qaldırmalıyıq. Ehtiyat qüvvənin oyunun hər 2 hissəsində yoxlaya bildik. Fikrimcə, müdafiələrimizin çıxışına daha çox diqqət yetirməliyik. “Neftçi”nin futbolçuları oyunun müəyyən səhvlərində topa daha çox nəzarət edirdilər. Onlar çəkinməyərək, top uğrunda döyüşkən xüsusiyyətlərini göstərirdilər.

Bunu aradan qaldırmaq üçün rəqib futbolçulara daha yaxın oynayıb, onlara meydanda böyük məsafə verməməliyik. Əlbəttə, oyunun sonunda oyunu daha yaxşılaşdırmaq üçün imkanlarımız oldu. Biz futbolçularımızın gücünü yaxşı bilirik və onlar müəyyən vəziyyətlərdə daha yaxşı oynaya bilərlər”.

Xəbər 968 dəfə oxundu.