Tottenhemin Qarabağla oyunlar üçün heyəti | |
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi - İngiltərənin "Tottenhem" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib. Premyer Liqa təmsilçisi 23 futbolçu sifariş edib. Onlardan ikisi qapıçı, doqquzu müdafiəçi, on biri yarımmüdafiəçi, biri isə hücumçudur. Qapıçılar: 1. Huqo Lyoris, 13. Mişel Vorm; Müdafiəçilər: 2. Kayl Uoker, 3. Denni Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 15. Erik Dayer, 16. Kiran Tripper, 21. Federiko Fasio, 27. Kevin Vimmer, 33. Ben Devis; Yarımmüdafiəçilər: 7. Son Hunq-Min, 8. Rayan Meyson, 11. Erik Lamela, 14. Klinton Njie, 17. Andros Taunsend, 19. Musa Dembele, 20. Dele Alli, 22. Naser Şadli, 23. Kristian Eriksen, 24. Aleks Pritçard, 28. Tom Kerroll; Hücumçu: 10. Harri Keyn. Qeyd edək ki, "Tottenhem" və "Qarabağ"la yanaşı, "J" qrupunda Fransanın "Monako" və Belçikanın "Anderlext" komandaları da yer alır. |
|
Xəbər 832 dəfə oxundu. |
|
|