PAOK Dimitar Berbatovu da sifariş etdi
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - Yunanıstanın PAOK klubu iştirak ərizəsini UEFA-ya təqdim edib. Ellada təmsilçisi 25 futbolçu sifariş edib.

Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, on ikisi yarımmüdafiəçi, üçü isə hücumçudur.

Qapıçılar: 25. Robin Olsen, 30. Nikos Melissas, 71. Panayotis Qlikos;

Müdafiəçilər: 2. Yannis Skondras, 4. Marin Leovats, 13. Stelios Malezas, 15. Migel Vitor, 20. Rikardo Kosta, 31. Giorgos Tsavellas, 70. Stelios Kitsiu;

Yarımmüdafiəçilər: 6. Aleksandros Tsiolis, 7. Eyal Qolasa, 11. Robert Mak, 16. Qoyko Çimirot, 21. Xaris Xarisis, 24. Qarri Rodriqes, 26. Ergis Kaçe, 27. Yannis Mistakidis, 34. Nikos Korovesis, 52. Erik Sabo, 77. Dimitris Pelkas, 93. Elefterios Antonis;

Hücumçular: 9. Jayro da Silva, 10. Dimitar Berbatov, 33. Stefanos Atanasiadis.

Qeyd edək ki, PAOK və "Qəbələ" ilə yanaşı, "C" qrupunda Almaniyanın "Borussiya" (Dortmund) və Rusiyanın "Krasnodar" komandaları da yer alır.

Xəbər 715 dəfə oxundu.