Qurban Qurbanov "Zaqatala"nın futbolçularına mükafat verəcək
Yeni yaradılan "Zaqatala"nın I Divizionda mübarizə aparacağından xəbərdarsınız. Komandaya rəhbərlik Musa Qurbanova, baş məşqçi postu isə Şaban Şirdanova həvalə olunub.

Musa Qurbanovun qardaşı, "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanov da doğma rayonunun komandasına biganə qalmayacaq və maddi cəhətdən dəstək olacaq.

Bəzi söhbətlər yayılıb ki, guya "Qarabağ"ın baş məşqçisi "Zaqatala"ya sponsorluq edəcək. Ancaq xeyr, elə bir şey olmayacaq. Çünki Qurbanov nə biznesmendi nə də o qədər pulu var. Sadəcə, qardaşına və doğma rayonunun komandasına dəstək üçün "Zaqatala"nın qələbəsi üçün öz cibindən müəyyən məbləğdə mükafat ayıracaq. Hər oyuna 800-1000 manat. Bununla futbolçularda oyuna əlavə motivasiya yaranacaq.

Xəbər 858 dəfə oxundu.