Azərbaycan FİFA reytinqində 4 pillə gerilədi
Bu gün milli komandaların növbəti FİFA reytinqi açıqlanıb. Azərbaycan yığması reytinq cədvəlində geriləyib.

Siyahıda dünyanın 209 yığması yer alıb. Sonuncu dəfə ötən ay açıqlanan cədvəllə müqayisədə bu dəfə bəzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə az sayda da olsa, qarşılaşmaların keçirilməsi ilə bağlıdı.

Dəyişikliklər Azərbaycan millisinə də təsir edib. Son 4 həftədə meydana çıxmayan komandamızın geriləyəcəyi gözlənilirdi. Elə də olub. Xal hesabı 302-dən 291-ə qədər azalan Robert Prosineçkinin yetirmələri 4 pillə geriləyərək, 110-cu pilləyə düşüb.

Millimiz və “qonşuları”
105-106 (104). Syerra-Leone - 304
105-106 (105). Antiqua və Barbuda – 304
107 (110). Salvador – 300
108 (108). Zimbabve - 298
109 (107). Litva - 294
110 (106). AZƏRBAYCAN – 291
111 (111). Namibiya – 284
112 (112) Bəhreyn - 281
113 (119). Kuba – 280
114 (113). Mavritaniya – 273
115 (114). Benin – 269

FİFA reytinqinin ilk “onluğ”unda da dəyişiklik diqqət çəkir. 8-ci olan İngiltərə 2 pillə geriləyibsə, Çili eyni qədər irəliləyib.

İlk “onluq”

1 (1). Argentina – 1442
2 (2). Belçika – 1269
3 (3). Almaniya – 1248
4 (4). Kolumbiya – 1224
5 (5). Braziliya – 1209
6 (6). Portuqaliya – 1186
7 (7). Rumıniya - 1176
8 (10). Çili – 1149
9 (9). Uels - 1146
10 (8). İngiltərə - 1143

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız İtaliya mövqeyini qoruyub. Bolqarıstanla Norveç isə öz yerlərini dəyişiblər. Bundan başqa, Xorvatiya və Malta hərəyə 1 addım geriləyib.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
14 (13). Xorvatiya – 1037
16 (16). İtaliya – 1012
68 (69). Bolqarıstan - 503
69 (68). Norveç - 496
160-161 (159). Malta – 154

DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında isə irəliləyən olmayıb. Norveç və Şimali İrlandiya hərəyə 1 pillə geriləyibsə, Almaniya, Çexiya, San-Marino təxmini siyahıda mövqeyini qoruyub.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1248
20 (20). Çexiya - 940
41 (40). Şimali İrlandiya - 687
69 (68). Norveç - 496
193 (192). San-Marino - 40

Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 635 xalla 1 pillə geriləyib. “Ay-ulduzlular” bu cədvəldə 46-47-ci pillələrə şərikdi.

Xəbər 682 dəfə oxundu.