18 yaşlı futbolçu məşq zamanı dünyasını dəyişdi
Dünya futbolunda daha bir ölüm hadisəsi baş verib.

Yunanıstanın "Veriya" klubunun 18 yaşlı qapıçısı Stelios Markusis məşq zamanı huşunu itirərək yerə yıxılıb. Dərhal xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Markusisin ürək tutmasından öldüyü deyilir.

Xəbər 676 dəfə oxundu.