Cumbinyo Avroliqada oynaya bilər
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov uzun müddətdir yaşıl meydanlardan uzaq qalan Cumbinyonun son durumu barədə məlumat verib.

O, açıqlamasında braziliyalı oyunçunun artıq məşqlərə başladığını deyib. Q.Qurbanov bir aya kimi Cumbinyonu bəzi oyunlarda görmək ehtimalı olduğunu vurğulayıb:

"Yavaş-yavaş formasını bərpa edəcək. Ola bilər ki, qrup mərhələsinin oyunlarında da onun xidmətlərindən istifadə etdik. Amma bu onun nə dərəcədə hazır olacağından aslıdır".

Qeyd edək ki, Cumbinyonun adı "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsində yer alıb.

Xəbər 773 dəfə oxundu.