Azərbaycan millisinin oyunçusundan yeni müqavilə

Azərbaycan millisinin voleybolçusu Yekaterina Jidkovanın gələcək karyerasına aydınlıq gəlib. 26 yaşlı hücumçu yeni mövsümdə “Azəryol”un şərəfini qoruyacaq.

“Azərreyl” klubundan transfer olunan Jidkova ilə 1 illik müqavilə imzalanıb. Son mövsümlərdə yığmada da oyununu artıran 187 sm boya malik voleybolçunun bu komandada karyerasını davam etdirməsi daima əsas heyət üzvünə çevrilmək arzusundan irəli gəlib.

Qeyd edək ki, Bakı klubu daha öncə Anna Stepanyuk (Ukrayna), Kinqa Kasprjak (Polşa), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hər üçü ABŞ), Malika Kanzonq (Tailand) və Marin Apitzlə (Almaniya) müqavilə bağlayıb.

Xəbər 755 dəfə oxundu.