Bu gün Gənclər və İdman Nazirliyində cüdoçularla iclas keçiriləcək
Rövnəq Abdullayev Cüdo Federasiyasının prezidenti olur

Xəbər verdiyimiz kimi, cüdoçular federasiyanın biganə münasibətinə etiraz olaraq ölkə başçısı İlham Əliyevə şikayət məktubu ünvanlayıb.

İdman.com.az "Futbol+" qəzetinə istinadən xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyində həmin cüdoçularla iclas keçiriləcək, onların problemləri dinləniləcək.

Qəzetin yazdığına görə, tezliklə SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayev cüdonu himayəsinə götürəcək.

Xəbər 735 dəfə oxundu.