“Qarabağ”ın yeni transferi Emeqaranın yolu ilə getdi
“Qarabağ”ın yay “transfer pəncərəsi”nin son günlərində heyətinə qatdığı futbolçuların hansı nömrəli formada çıxış edəcəkləri məlum olub. Yarımmüdafiəçi Miçel tək, hücumçu Samuel Armenteros isə cüt rəqəmli nömrəyə üstünlük verib.

İsveçli forvard Armenteros yeni komandasının heyətində 90 nömrəli forma altında çıxış edəcək.

Tam adı Migel Markos Madera olan Miçel isə sabiq hücumçu İnnosent Emeqaranın nömrəsini seçib. Belə ki, Emeqara getdikdən sonra boş qalan 8 nöməni bundan sonra ispaniyalı yarımmüdafiəçi geyinəcək.

Ağdam klubunun heyətinə cəlb etməyə hazırlaşdığı makedoniyalı müdafiəçi Vladimir Dimitrovskinin isə hansı nömrə altında çıxış edəcəyi hələ məlum deyil.

Qeyd edək ki, “Qarabağ”da 8 nömrəli formanı Emeqaradan öncə uzun illər Aslan Kərimov daşıyıb.

Xəbər 669 dəfə oxundu.