“Sumqayıt”dan böyük hesablı qələbə
"Sumqayıt" Azərbaycan Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar yoxlama oyunu keçirib.

Aqil Məmmədovun komandası birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb. Bu matçda "Sumqayıt" 6:1 hesablı qələbə qazanıb. "Sumqayıt"ın qollarını Ağabala Ramazanov (2), Nuran Qurbanov (2), Fuad Məmmədzadə və Bəxtiyar Həsənalızadə vurub.

Xəbər 773 dəfə oxundu.