AZAL birinci divizion klubuna qalib gəldi
Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən AZAL növbəti yoxlama oyunu keçirib.

Bakı klubu dünən "AZAL Arena"da birinci divizion təmsilçi "Şahdağ"ıa qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. AZAL rəqibini 90+4-cü dəqiqədə vurduğu qolla məğlub edib.

Xatırladaq ki, AZAL bundan əvvəl yoxlama görüşündə "Şərur"a 4:0 hesabı ilə qalib gəlib.

Xəbər 674 dəfə oxundu.