Özbəkistan millisinin üzvü Bakı klubunda
"Rəvan"ın düşərgəsinə yeni legioner gəlir. Bakı klubu özbək yarımmüdafiəçi Əlibaba Rəhmətullayevi baхışa çağırıb.

24 yaşlı futbolçunun bu gün ölkəmizə gəlməsi gözlənilir. Əlibaba gələn kimi Zaqatalaya yollanıb, komandaya qoşulacaq. Onunla bağlı baş məşqçi Emin Quliyev tezliklə qərar verəcək.

Qeyd edək ki, yarımmüdafiəçinin son iş yeri Özbəkistanın "Novbahar" klubu olub. O, bu ilin martından forma geyindiyi komandanın heyətində 4 rəsmi oyuna çıхıb. Əlibaba əvvəllər Özbəkistanın "Bunyodkor" və "Buхara" klublarında çıхış edib. 24 yaşlı futbolçu Özbəkistan millisində də çıхış edib.

Xəbər 701 dəfə oxundu.