"Qarabağ"ın rəqibinin iştirak ərizəsi
"Tottenhem" Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

İngiltərə klubu 23 futbolçu sifariş edib. Onlardan 2-si qapıçı, 9-u müdafiəçi, 11-i yarımmüdafiəçi, 1-i hücumçudur.

Qapıçılar: Hugo Lloris, Migel Vorm

Müdafiəçilər: Kayl Uoker, Danni Rose, Tobi Alderveyreld, Yan Vertonghen, Erik Dyer, Kieran Trippier, Federiko Fazio, Kevin Vimmer, Ben Devvis

Yarımmüdafiəçilər: Son Xın Min, Ryan Mason, Erik Lamela, Klinton Njie, Andros Taunsend, Mussa Dembele, Dele Alli, Naser Şadli, Kristian Eriksen, Aleks Priçard, Tom Karoll

Hücumçu: Harri Keyn

Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının qrup mərhələsində ilk oyununda sentyabrın 17-i doğma meydanda "Qarabağ"a qarşı keçirəcək.

Xəbər 691 dəfə oxundu.