​"Qəbələ"nin rəqibi Dmitar Berbatovu heyətinə cəlb edib
Futbol üzrə UEFA Avropa Liqasında Azərbaycanın "Qəbələ" klubu ilə eyni qrupda yer alan PAOK (Yunanıstan) heyətinə daha bir futbolçu cəlb edib.

İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Bolqarıstan millisinin məşhur futbolçusu Dmitar Berbatovun transferini yekunlaşdırmaq üzrədir.

34 yaşlı bolqar hücumçu karyerası ərzində 635 oyuna 274 qol vurub. O, "Bayer Leverkuzen", "Tottenhem", "Mançester Yunayted" və "Fulhem" kimi klubların şərəfini qoruyub.

Xəbər 643 dəfə oxundu.